Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO

Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO

Hazırda oxunan: Quru Qoşunlarında komanda-qərargah təlimi keçirilib - VİDEO

102014

2022-ci ilin döyüş hazırlığı planına əsasən Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimi keçirilib. 

MN-dən Bizim.Media-ya verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunub və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilib. Tapşırıqların icrası ilə bağlı komandirlərin məruzələri dinlənilib. 

Təlimin əsas məqsədi bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini daha da təkmilləşdirməkdir. 
Komanda-qərargah təlimində qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO