Daşınmaz əmlak üzrə ipoteka müqaviləsi ən çox hansı ərazidə bağlanıb? – RƏSMİ

Daşınmaz əmlak üzrə ipoteka müqaviləsi ən çox hansı ərazidə bağlanıb? – RƏSMİ

Hazırda oxunan: Daşınmaz əmlak üzrə ipoteka müqaviləsi ən çox hansı ərazidə bağlanıb? – RƏSMİ

101982

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində paytaxtda ümumilikdə 28.243 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55%-ni təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (5781 müqavilə), 2 saylı Sumqayıt (3439 müqavilə), 3 saylı Gəncə (2394 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (2291 müqavilə) aparılıb. 

Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də ən çox girov qoyulan bölgələr sırasındadır. Bu nəticələri həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qəbul etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO