Bu magistral gecə zülmətə qərq olur - Sürücülər çətinlik çəkir - VİDEO

Bu magistral gecə zülmətə qərq olur - Sürücülər çətinlik çəkir - VİDEO

Hazırda oxunan: Bu magistral gecə zülmətə qərq olur - Sürücülər çətinlik çəkir - VİDEO

101936

4 il bundan öncə istifadəyə verilən Ələt-Astara  magistral yolundan sürücülər rahat istifadə edə bilmirlər. Səbəb isə yolda işıqlandırma sisteminin pis  olmasıdır. Daha dəqiqi desək, bu yolun cənub hissəsindən keçən hissəsində yol boyu bir dənə də olsun işıq yoxdur.

Bizim.Media xəbər verir ki, magistralın cənub istiqamətində hərəkətdə olan sürücülər yol boyu işıqlanmanın olmamasından şikayətçdirlər.

Sürücülər bildirir ki, gecə yola çıxan zaman  adı çəkilən yolun qaranlıq olmasına görə yolda olan mal-qara və vəhşi heyvanları vurmaq məcburiyyətində qalırlar. Bu da onların həm həyatlarını təhlükəyə atır, eləcə də maddi ziyana gətirib çıxarır.

Avtomobil yolu 2018-ci ildə istifadəyə verilib və hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Sürücülər də bu yolun əvvəlki yola nisbətən qısa və keyfiyyətli olduğundan razıdırlar.
Ancaq magistralın salınması zamanı, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolda işıqlandırılma sistemi nəzərə alınmayıb. Bu da sürücülər üçün  gecə saatlarında yolda bir sıra problemlərlə üz üzə qoyur. 

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məsələyə münasibət bildirib.

Qeyd edib ki, ümumilikdə magistral yol boyunca xüsusi işıq qaytarma effektinə malik yol nişanlarından, yol elementlərindən istifadə olunub ki, bu da tam olaraq Beynəlxalq yol standartlarına uyğundur və orda hər hansı bir əlavə işıqlandırılma sistemi quraşdırılması nəzərdə tutulmur.

Ətraflı Xəzər TV-nin süjetində:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO