Azərbaycan dünya çempionatında daha bir qızıl medal qazandı - FOTO

Azərbaycan dünya çempionatında daha bir qızıl medal qazandı - FOTO

Hazırda oxunan: Azərbaycan dünya çempionatında daha bir qızıl medal qazandı - FOTO

101926

Türkiyənin Konya şəhərində yeniyetmə və gənclər arasında dünya çempionatının son günündə komandamız daha bir qızıl medal qazanıb.

Yeniyetmə və gənclərdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev Bizim.Media-ya bildirib ki, 18-20 yaşlı gənclər arasında Əminağa Quliyev (60 kiloqram) həlledici mərhələdə rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Bundan əvvəl gənclərin yarışında (16-17 yaş) Fərid Savadov (55 kiloqram) qızıl, Rəşid Süleymanov (68 kiloqram) və yeniyetmələrdə (14-15 yaş) İsmayıl Xamoyev (52 kiloqram) bürünc medala sahib olublar.
Beləliklə, 2 qızıl, 2 bürünc medala sahib olan yığmamız ümumi komanda hesabında 6-cı yeri tutub.

Qeyd edək ki,105 ölkədən 1861 idmançının qatıldığı turnirdə Azərbaycan 28 idmançı ilə təmsil olunub.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO