Ermənistan PUA almaq üçün İrana rəsmi müraciət göndəribmi?

Ermənistan PUA almaq üçün İrana rəsmi müraciət göndəribmi?

Hazırda oxunan: Ermənistan PUA almaq üçün İrana rəsmi müraciət göndəribmi?

101878

Ermənistan Müdafiə Nazirliyi  İran PUA-larının alınması ilə bağlı “Sputnik Ermənistan”ın sorğusuna dəqiq cavab verməyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya nəşrin saytında yer alıb.

“Biz Ermənistan Müdafiə Nazirliyindən soruşduq ki, İrəvan İran PUA-larının alınması üçün müraciət edibmi, belə bir ehtimalı nəzərdən keçirirmi, həmçinin Ermənistan İslam Respublikasında pilotsuz təyyarələrin və digər silahların alınması yolunda hər hansı maneə görübmü?

Ancaq belə informasiyanın verilməsindən imtina edilib. Bildirilib ki, tərkibində dövlət, rəsmi, bank, kommersiya sirri olan məlumatlar verilmir”, deyə mənbə qeyd edib.

Bundan əvvəl jurnalistin Ermənistanın PUA almaq üçün Tehrana müraciət edib-etməməsi ilə bağlı sualına İranın Qafandakı baş konsulu Abedin Varamin müdafiə nazirliyi ilə əlaqə saxlamağı təklif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO