ABŞ və Polşa AES-lə bağlı RAZILIĞA GƏLDİ 

ABŞ və Polşa AES-lə bağlı RAZILIĞA GƏLDİ 

Hazırda oxunan: ABŞ və Polşa AES-lə bağlı RAZILIĞA GƏLDİ 

101854

ABŞ və Polşa Atom Elektrik Stansiyası ilə bağlı razılığa gəliblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski şəxsi “Twitter” hesabında m’lumat verib.

Moravietski bildirib ki, ABŞ-ın energetika naziri Cennifer Qranholm ilə görüşdə nüvə enerjisi üçün “Westinghouse” ilə razılığa gəliblər. Qranholm Polşanın 40 milyard dollarlıq nüvə layihəsinin birinci hissəsi üçün Varşava ilə razılaşma əldə edildiyini də bildirib.
O, nüvə enerjisi razılaşmasının Rusiyaya da bir mesaj olduğunu deyib: “Onların artıq enerjini silahlandırmasına icazə verməyəcəyik. Qərb bu yersiz təcavüzə qarşı birlikdə dayanarkən, eyni zamanda enerji tədarük zəncirlərini şaxələndirəcək və iqlim sahəsində əməkdaşlığı gücləndirəcək”.

Polşalı nazir bildirib ki, Atom elektrik stansiyasının tikintisinə 2026-cı ildə başlanacaq və ilk reaktorun 2033-cü ildə işə salınması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO