BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib – Azərbaycanlı sahibkarlar üçün 

BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib – Azərbaycanlı sahibkarlar üçün 

Hazırda oxunan: BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib – Azərbaycanlı sahibkarlar üçün 

101853

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün BMT-nin Qlobal Sazişinə dair təqdimat keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə KOBİA-dan bildirilib.

Qlobal Sazişlə bağlı təqdimatla çıxış edən ekspert Samir Məmmədov qeyd edib ki, statistikaya əsasən strategiya və fəaliyyətinə insan hüquqları, ədalətli əmək münasibətləri, ətraf mühit və korrupsiya ilə mübarizə prinsiplərini tətbiq edən şirkətlər daha gəlirli və davamlı, brendləri daha dəyərli, kapitala daha çox çıxış imkanına malik və əməkdaşlar, müştərilər və cəmiyyət üçün daha cəlbedicidir.

BMT-nin Qlobal Sazişi müəssisələri öz strategiya və fəaliyyətlərini hamılıqla qəbul edilmiş insan hüquqları, işçi hüquqları, ətraf mühit və korrupsiyaya qarşı mübarizə ilə bağlı prinsiplərlə uyğunlaşdırmaq və BMT-nin “Dayanıqlı inkişaf üzrə 2030 Gündəliyi”nə töhfə verməyi təşviq edir. Saziş 160-dan çox ölkədə 12 mindən çox biznes və 3 mindən artıq qeyri-biznes tərəfdaşlarını özündə birləşdirən korporativ təşəbbüsdür.

Sənəddə nəzərdə tutulan prinsiplər Ümumdünya İnsan Haqları Bəyannaməsi, İşdə Əsas Prinsiplər və Hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf üzrə Rio Bəyannaməsi və BMT-nin Korrupsiyaya qarşı Konvensiyası kimi əsas beynəlxalq sənədlərə əsaslanır.
Sonda BMT-nin Qlobal Sazişi ilə bağlı sahibkarların sualları cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO