Türkiyəli səyyahlar Ağdama səfər ediblər

Türkiyəli səyyahlar Ağdama səfər ediblər

Hazırda oxunan: Türkiyəli səyyahlar Ağdama səfər ediblər

101852

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Qonaqlar Şuşa səfərini tamamladıqdan sonra işğaldan azad edilmiş Ağdam rayonunda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksinə baş çəkiblər.

Bizim.Media xəbər verir ki, qonaqlara İmarət kompleksi barədə məlumatlar verilib.

Səyyahlar Xurşidbanu Natəvanın və Pənahəli Xanın həyatı, həmçinin erməni işğalı dövründə türbələrdən tövlə kimi istifadə olunması barədə məlumatlandırılıb.
Qeyd edək ki, səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması sahəsində mühüm əhəmiyyət kəsb edir.

Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə, 4 dəfə böyük heyətlərlə səfərlər təşkil edilib.

Hazırda sayca beşinci olan bu səfərlər nəticəsibdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.
Bu isə Azərbaycanın illər ərzində məruz qaldığı vəhşiliyin dünya ictimaiyyətinə beynəlxalq səyahətçilərin gözləri ilə göstərilməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Budəfəki heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO