Avtoxuliqanlıq edərək Tik-Tokda paylaşdı və.... - FOTO/VİDEO 

Avtoxuliqanlıq edərək Tik-Tokda paylaşdı və.... - FOTO/VİDEO 

Hazırda oxunan: Avtoxuliqanlıq edərək Tik-Tokda paylaşdı və.... - FOTO/VİDEO 

101809

Zaqatala rayonunda avtoxuliqanlıq edib sosial şəbəkələrdə görüntülərini paylaşan sürücü saxlanılıb.

Bu barədə Bizim.Media-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşlarının ilkin araşdırmaları ilə məlum olub ki, Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını bir neçə dəfə kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

Gənc sürücü haqqında  toplanan materiallar hüquqi qiymət verilməsi üçün Zaqatala rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO