Məşhur ər-arvad, aparıcılar Zaur və Günay Baxşəliyevlər həmkarları Afaq Gəncəliyə gözlənilməz sürpriz ediblər.
Bizim.Media xəbər verir ki, “Zaurla Günaydın” səhər şousunda aparıcı cütlük illər əvvəl toy xatirələrini bölüşərək, xoş günlərinin aparıcılığını Afaqa həvalə etdiklərini bildiriblər.
Zaur həmin illərə qayıdaraq, Afaqa jest edib. Belə ki, Baxşəliyev Gəncəlinin toyunun aparıcılığını xanımı ilə birgə edəcəyinə söz verib.
“Allah sənə toy qismət eləsin. Gözəl gəlinlik geyinəsən və gözəl balaların olsun. Sənin toyunda ayaqyalın oynayacağıq. Biz toy aparmırıq, amma Afaq sənə söz veririk ki, toyunun aparıcılığını Günayla birlikdə biz edəcəyik” – deyə Zaur bildirib.
Qeyd edək ki, Afaq Gəncəli “Apo” ləqəbli Türkiyə vətəndaşı Abdullah Haşdemir ilə ailəli olub. Abdullah Haşdemir keçən ilin iyulunda vəfat edib.
Cütlüyün bu evlilikdən Qədirxan adlı bir oğlu olub. 2015-ci ildə ağır xəstəlikdən oğlu da 11 yaşında dünyasını dəyişib. Onlar hər ikisi Türkiyədə dəfn olunub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
14:25 / 29.10.2022
Məşhur cütlükdən Afaq Gəncəliyə JEST – VİDEO
Hazırda oxunan: Məşhur cütlükdən Afaq Gəncəliyə JEST – VİDEO
Hazırda oxunan: Məşhur cütlükdən Afaq Gəncəliyə JEST – VİDEO
101792
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.