Rusiya şou-biznesində “Navai” ləqəbi ilə məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirovun paylaşımı “ağızlarda saqqız” olub.
Bizim.Media xəbər verir ki, Dubayda istirahətdə olan sənətçinin köynəyini ütüləməsi qız izləyicilərini qıcıqlandırıb.
Nəvai sosial şəbəkə hesabında paylaşdığı videoda “Qızlar çox çətindir tək olmaq. Deyəsən, ütülədiyim köynəyimin üzərində ləkələr əmələ gəldi” sözlərini qeyd edib.
Daha sonra qız izləyiciləri müğənniyə “Köynəyi bu formada ütüləmək doğru deyil. İç tərəfinə çevirib ütüləmək lazımdır” mesajlarını yazıblar.
Yazılan cavablara isə Bəkirov hamamda yarıçılpaq vəziyyətdə “Ütüləməyim xoşunuza gəlmirsə, gəlin özünüz köynəyimi düzgün ütüləyin. Və ya gəlin məni tumarlayın” sözlərini deyib.
Rəşad Əliyev, Bizim.Media