Azərbaycan Premyer Liqasında GÜNÜN OYUNLARI  

Azərbaycan Premyer Liqasında GÜNÜN OYUNLARI  

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında GÜNÜN OYUNLARI  

101733

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək. 

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edəcək. Hazırda ev sahibi komanda 5 xalla 8-ci, qonaqlar isə 10 xalla 7-cidir. 

Digər matçda isə 19 xalla 4-cü sırada olan "Zirə" 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan "Neftçi"ni qəbul edəcək. 

Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO