Azyaşlını 4400 manat pul oğurlamağa təhrik edən şəxs saxlanıldı - FOTO/VİDEO

Azyaşlını 4400 manat pul oğurlamağa təhrik edən şəxs saxlanıldı - FOTO/VİDEO

Hazırda oxunan: Azyaşlını 4400 manat pul oğurlamağa təhrik edən şəxs saxlanıldı - FOTO/VİDEO

101731

Qubada azyaşlını oğurluq etməyə təhrik edən şəxs saxlanılıb.

Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib. 

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən 4400 manat pul  oğurlandığı müəyyən edilib. 
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini Aslan Xudaverdiyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Xudaverdiyev törətdiyi cinayət əməlinə azyaşlı qonşusu Məmmədi də  (ad şərti) müəyyən vədlər verməklə  cəlb edib. Faktla bağlı Quba  RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Aslan Xudaverdiyevin barəsində  həbs qətimkan tədbiri seçilib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO