“Turan Tovuz”un baş məşqçisi çılğın qol sevinci ilə kimə mesaj verib? - VİDEO 

“Turan Tovuz”un baş məşqçisi çılğın qol sevinci ilə kimə mesaj verib? - VİDEO 

Hazırda oxunan: “Turan Tovuz”un baş məşqçisi çılğın qol sevinci ilə kimə mesaj verib? - VİDEO 

101722

Misli Premyer Liqasının bu gün keçirilən 12-ci turunun ilk oyununda maraqlı anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, hadisə “Turan Tovuz” - “Sumqayıt” matçında (1:0) baş verib.

Meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov sevincini çılğın formada ifadə edib.

88-ci dəqiqədə Şəhriyar Əliyev qol vurduqdan sonra ilk olaraq məhz A.Abbasovun yanına gedib. Bu zaman artıq gənc mütəxəssis meydana daxil olaraq futbolçuları ilə qol sevincini bayram edirdi.
A.Abbasovun sevincini belə tərzdə ifadə etməsi isə bir məqama diqqət çəkib. O, 2021-ci ilin dekabrında baş məşqçisi olduğu “Sumqayıt”dan istefaya göndərilmişdi. Buna görə isə dəfələrlə incikliyini ifadə etmişdi.

A.Abbasov oyundan sonra keçirilən mətbuat konfransında bununla bağlı məsələyə toxunub və ad çəkməsə də, sevincinin “Sumqayıt”ın hazırki rəhbərliyinə mesaj olduğunu gizlətməyib.

“Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar” - deyə A.Abbasov bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO