Bu gün ölkənin müxtəlif rayonlarında 14 mindən çox ağac əkilib

Bu gün ölkənin müxtəlif rayonlarında 14 mindən çox ağac əkilib

Hazırda oxunan: Bu gün ölkənin müxtəlif rayonlarında 14 mindən çox ağac əkilib

101685

"Bu gün Şəki, Qəbələ, Quba, Tovuz, Şəmkir, Göygöl, Bərdə, Şamaxı, Ağcabədi və Sabirabad rayonlarında da ağacəkmə tədbirləri keçirilib, gün ərzində ümumilikdə 20 hektar ərazidə 14 324 ədəd ağac tingi əkilib, 1047 kiloqram toxum səpilib”.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində silsilə meşəbərpa tədbirləri davam edir:

"Bu gün payız ağacəkmə aksiyası çərçivəsində Qobustan rayonunun meşə fondu torpağında ETSN rəsmilərinin, Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2 hektar ərazidə 2500 göyrüş və akasiya tingi əkilib". 
Nazirlik sözçüsü ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, bütün təbiətsevərləri ağacəkmə aksiyalarına qoşulmağa, bu tədbirlərdə yaxından iştirak etməklə ölkə ərazisində yaşıllıq zolaqlarının, meşə parkların və meşə sahələrinin genişləndirilməsinə töhfə verməyə dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO