Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ – “Təzyiqlə saxlansa, keyfiyyət aşağı düşəcək”

Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ – “Təzyiqlə saxlansa, keyfiyyət aşağı düşəcək”

Hazırda oxunan: Növbəti il avtobuslarda gediş haqqı ARTIRILACAQ – “Təzyiqlə saxlansa, keyfiyyət aşağı düşəcək”

101675

Azərbaycanda ictimai nəqliyyatda qiymətlərdəki dəyişikliklərlə bağlı məsələ aktual olaraq qalır.

Rəsmi qurumlar indiki halda qiymətlərin bahalaşmayacağını bəyan etsələr də, növbəti ildə gözləntilərin fərqli olacağı söylənilir. 

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin artırılmasının dövlət üçün ən arzuedilməz variant olduğunu açıqlayıb. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə Bizim.Media-ya açıqlamasında qiymət artımı ilə bağlı ciddi səbəblərin formalaşdığını vurğulayıb:

“Təbii ki, hökumət yanacaq və digər xərclərin artımı səbəbindən yaranmış xərc yükünün neytrallaşdırılması və kampensasiya edilməsi ilə bağlı mövqe ortaya qoymasa, böyük ehtimalla yaxın müddətli dövrdə kütləvi sərnişindaşımada qiymətlərin indiki həddə saxlanması mümkün olmayacaq. Hətta təzyiq və ya administrativ yollarla qiymətlər bu şəkildə saxlansa belə, xidmətin keyfiyyətinin sürətlə pisləşməsini müşahidə edəcəyik”.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO