"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarıldı

Hazırda oxunan: "Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarıldı

101602

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu üçün biletlər satışa çıxarılıb. 

Bizim.Media "köhlən atlar"ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5 manat, 20 manat, 30 manat, 75 manat və 100 manat təşkil edir. 

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür. 

Qeyd edək ki, noyabrın 3-də oynanılacaq "Qarabağ" - "Frayburq" qarşılaşması saat 21:45-də başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO