Yaxın bir neçə rübdə Baltikyanı ölkələrdə Ümumi Daxili Məhsul (ÜDM) üzrə azalma yaşanacaq.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat "Swedbank" iqtisadçılarının proqnozlarında öz əksini tapıb.
Proqnoza əsasən, yaxın gələcəkdə Baltikyanı ölkələrin iqtisadi vəziyyətləri təkcə kiçilməyəcək, həm də bu qış tənəzzüldən qaça bilməyəcəklər. "Litva, Latviya və Estoniyada ÜDM-lərin gələn ilin ikinci yarısında bərpa ehtimalı var",- deyə proqnozda qeyd olunub.
Baltikyanı ölkələrdə bu il inflyasiya Aİ-də ən yüksək göstəricilərdən biri olsa da, iqtisadçılar hələlik daxili tələb üçün ciddi dəyişikliklər proqnozlaşdırmırlar:
"Bu il Baltikyanı ölkələrdə real əməkhaqqı təxminən 7 faiz azalıb, lakin indiyədək bu, istehlak tendensiyalarına ciddi təsir göstərməyib. Pərakəndə ticarətin həcmi bir il əvvəllə müqayisədə eyni və ya bir qədər aşağı səviyyədə qalır. Enerji qiymətlərinin kompensasiyası üçün tədbirlər görülür”.
İqtisadçılar hesab edir ki, hökumətlər tərəfindən təklif olunan inflyasiyanın azaldılması, minimum və orta əmək haqqının artırılması mənfi şokları udacaq. Ən əsası, sözügedən ölkələrdə işsizlik son 15 ildə ən pik həddə çatıb.
İqtisadçılar düşünür ki, yaxın vaxtlarda işsizliyin aradan qaldırılması istiqamətində böyük sıçrayış gözləmək ağılsızlıq olar.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
00:01 / 28.10.2022
İşsizlik, iqtisadi kiçilmə və əməkhaqqıların azalması-Baltik ölkələri çətin durumda
Hazırda oxunan: İşsizlik, iqtisadi kiçilmə və əməkhaqqıların azalması-Baltik ölkələri çətin durumda
Hazırda oxunan: İşsizlik, iqtisadi kiçilmə və əməkhaqqıların azalması-Baltik ölkələri çətin durumda
101540
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.