Paytaxt sakinlərinə ŞAD XƏBƏR - Bu marşrutda gediş haqqı ENDİRİLDİ

Paytaxt sakinlərinə ŞAD XƏBƏR - Bu marşrutda gediş haqqı ENDİRİLDİ

Hazırda oxunan: Paytaxt sakinlərinə ŞAD XƏBƏR - Bu marşrutda gediş haqqı ENDİRİLDİ

101505

Bu gündən Bakıda yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayıb. Marşrut üzrə gediş haqqının 60 qəpik olacağı deyilsə də, qiymət 50 qəpiyə endirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.  

Bildirilib ki, qiymətin 10 qəpik endirilməsi vətəndaşları qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib. 

Qeyd edək ki, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edirlər.
Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək. Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO