Avropa çempionatında iştirak edəcək CÜDOÇULARIMIZ

Avropa çempionatında iştirak edəcək CÜDOÇULARIMIZ

Hazırda oxunan: Avropa çempionatında iştirak edəcək CÜDOÇULARIMIZ

101459

Oktyabrın 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda start götürəcək U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Bizim.Media Federasiyaya istinadən xəbər verir ki, yarışda ölkə 14 idmançı ilə təmsil olunacaq.

Cüdoçular ilk iki gündə fərdi mübarizədə, sonuncu gündə isə komanda yarışında iştirak edəcəklər.

“A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alacaq.
Kişilərdən Nazir Talıbov, Kənan İsmayılov (hər ikisi 60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İsmayıl Zamanov (90 kq), Ruslan Nəsirli (100 kq), qadınlarda isə Rəmilə Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (63 kq), Sudabə Ağayeva (70 kq) və Nərmin Əmirli (78 kq) tatamiyə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı oktyabrın 30-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO