Abdulla Gülün ziyarət etdiyi Qaxdakı məkanda Yunus Əmrə anıldı - FOTO 

Abdulla Gülün ziyarət etdiyi Qaxdakı məkanda Yunus Əmrə anıldı - FOTO 

Hazırda oxunan: Abdulla Gülün ziyarət etdiyi Qaxdakı məkanda Yunus Əmrə anıldı - FOTO 

101391

Qax rayonunda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya institunun dəstəyi, Dünya Türkologiya Mərkəzi və Türk Ağsaqqallar Birliyinin təşkilatçılığı ilə böyük türk şairi və filosofu Yunis Əmrəyə həsr edilən “Yunus Əmrə sözün türk özünədərkində təsiri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, konfransdan sonra iştirakçılar rayonun Oncallı kəndindəki  “Oğuz” qəbristanlığına gələrək Yunus Əmrənin və onun mürşüdi Hacı Tapdıq ağanın ehtimal olunan məzarını ziyarət edib, hər iki məzarın üzərinə tər gülllər qoyublar, burada uyuyan böyük fikir adanlarının ruhuna dualar oxuyublar.

Alimlər məzar başında çıxış edərək Yunus Əmrənin yaradıcılığı və fəlsəfi düşüncələri barədə maraqlı fikirlər səsləndirib. Qeyd olunub ki, sufi şeirinin görkəmli nümayəndəsi olan Yunus Əmrə böyük türk xalqının yetirdiyi ən parlaq simalardan biridir.
Mənbələrdə göstərilir ki, övliyalıq məqamına yüksəlmiş Yunus Əmrənin təkcə Anadolunun 10 müxtəlif ərazisində məzarı var. Ehtimal olunan məzarlardan biri də Azərbaycanın Qax rayonundadır.

Ömrünün böyük hissəsini Anadoluda keçirən şair islami dəyərləri yaşatmaq məqsədilə dünyanı gəzmiş, mənəvi rahatlığını Qaxın Oncallı kəndində dövrünün ən mötəbər ruhani şəxsiyyətlərindən biri olan Hacı Tapdığa müridlik etməklə tapmışdır.

Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məhz bu qəbiristanlıqda dəfn olunduğu alimlər tərəfindən real ehtimal hesab edilir.

Qeyd edək ki, Oncallı kəndindəki “Oğuz” qəbirstanlığını Türkiyənin sabiq prezidenti Abdulla Gül və bir çox dövlət və elm xadimləri də ziyarət edib.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO