Ermənilər tərəfindən dağıdılmış Qarağacı –Ağdamın unudulmuş TARİXİ MƏZARLIĞI 

Ermənilər tərəfindən dağıdılmış Qarağacı –Ağdamın unudulmuş TARİXİ MƏZARLIĞI 

Hazırda oxunan: Ermənilər tərəfindən dağıdılmış Qarağacı –Ağdamın unudulmuş TARİXİ MƏZARLIĞI 

101342

Ağdam-Şuşa yolunun üzərində olan Ağdamın Qarağacı qəbiristanlığı qədim tarixə malik bir məkandır.  

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, işğalda olduğu 29 il ərzində bu qəbiristanlıq da erməni vandallar tərəfindən viran qoyulub.  

Tarixi qəbiristanlığın müəyyən hissəsi tamamilə şumlanaraq əkin sahəsinə çevrilsə də çox hissəsində məzar yerlərini müəyyən etmək mümkündür.

İlkin baxış zamanı məlum olur ki, ərazi işğal altında olduğu müddətdə demək olar ki, bütün məzarlar yenidən qazılıb. Bu isə işğal altında olan digər qəbiristanlıqlar kimi Qarağacı məzarlığının da tamamı ilə dağıdılması ilə nəticələnib.  

Burada dəfn olunan şəxslərin kimliyini nəzərə alsaq, məkanı Orta əsrlərin Fəxri Xiyabanı da adlandırmaq olar. Necə deyərlər, sözügedən dövrlərin ən ziyalı, tanınmış şəxsiyyətlərinin bir neçəsinin də qəbri məhz burada yerləşib.

Belə ki, Uzun Həsənin oğlu Sultan Yaqub, sonuncu Gəncə hakimi Cavad xanın oğlu Uğurlu xan və bir çox tarixi şəxsiyyətlər burada dəfn olunub.  

Xatırladaq ki, qədim tarixi məkan olmasına baxmayaraq, bu günə qədər Qarağacı qəbiristanlığı ilə bağlı əsaslı araşdırma aparılmayıb.  

Bu məkana yeganə elmi ekspedisiya 1927-ci ildə professor İvan Vasilyeviç Meşaninov tərəfindən həyata keçirilib. Meşaninov burada orta əsrlər Albaniyası dövründən məzarlıq olduğunu sübut edən dəlillər əldə edib.

50 hektardan artıq ərazisi olan Qarağacı qəbiristanlığının adı ilə Qarabağ toponiminin eyni dövrdə formalaşması və bu adları birləşdirən faktların mövcudluğu danılmazdır. Bəzi tarixçilər hətta Qarabağ adının Qarağacı adından yarandığına dair tarixi mənbələrin olduğunu bildirir.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO