Mərakeşdə keçirilən Dünya Sosial Təminat Forumunda iştirak edən DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) rəhbərliyi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüş zamanı Fərid Məmmədov BSTA-nın baş katibi Marselo Abi-Ramia Kaetano, baş katibin ofis rəhbəri Yens Şremmer və Avrasiya üzrə regional koordinator Dmitri Karasyova son illər ərzində Agentliyin qazandığı uğurlar, icra etdiyi layihə və proqramlar barədə geniş məlumat verib.
BSTA nümayədələri DOST Agentliyinin fəaliyyətini böyük maraqla qarşılayıb, DOST modelinin BSTA platforması vasitəsilə digər ölkələrə çatdırılacağını bildiriblər.
Qeyd edilib ki, Azərbaycanın sosial xidmətlərin göstərilməsi sahəsindəki nailiyyətlərini digər ölkələrə nümunə kimi göstərmək üçün DOST Agentliyi müxtəlif vebinar, seminar və konfranslara cəlb ediləcək.
Görüş zamanı DOST Agentliyinin BSTA-ya üzvlüyü, eləcə də qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, BSTA 160 ölkədən 320 sosial sığorta və sosial müdafiə təşkilatını özündə birləşdirir və dünyada sosial təminat üzrə qlobal kampaniyaya rəhbərlik edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 26.10.2022
DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək - FOTO
Hazırda oxunan: DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək - FOTO
Hazırda oxunan: DOST modeli digər ölkələrə nümunə kimi təqdim ediləcək - FOTO
101273
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.