Təranə Səmədova:

Təranə Səmədova: "Qızım Adel bütün planlarımı alt-üst edib – VİDEO

Hazırda oxunan: Təranə Səmədova: "Qızım Adel bütün planlarımı alt-üst edib – VİDEO

101258

Prodüser Təranə Səmədova yeni doğulmuş körpəsindən söz açıb. 

Bizim.Media xəbər verir ki, Təranənin evində çəkiliş aparan “Space maqazin” verilişinin heyəti qız övladı Adel ilə bağlı prodüseri sorğu-suala çəkib. 

Başı qızına qarışan T.Səmədova bildirib ki, onunla yanaşı digər qızı Suel də Adelin nəvazişini çəkir.  

“Qızım Adel bütün planlarımı, işlərimi alt-üst edib. Uşaqların əsas missiyası ağlamaq, yemək tələb etmək, yatmaq, durmaqdır. Qızım Suel yatırdı, mən isə Adelə bir neçə gecə özüm baxdım.

Bir gecə o qədər yoruldum ki, gecənin yarısı ayıldım ki, Suel Adelin yanındadır. Dedi ki, ana narahat olma, sən yat, dincəl. Şahid olduğum bu mənzərədən qəribə oldum. Onun nə qədər bacısını çox istədiyinin gördüm”.  
Qeyd edək ki, Təranə Səmədova müsahibələrin birində ikinci övladına süni mayalanma yolu ilə dünyaya gəldiyini açıqlamışdı.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO