Bu xəstəxanalarda nöqsanlar aşkarlandı - TƏFƏRRÜAT

Bu xəstəxanalarda nöqsanlar aşkarlandı - TƏFƏRRÜAT

Hazırda oxunan: Bu xəstəxanalarda nöqsanlar aşkarlandı - TƏFƏRRÜAT

101238

Hesablama Palatası böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinin nəticələrini açıqlayıb.

Bizim.Media Hesablama Palatasına istinadən xəbər verir ki, proqramda nəzərdə tutulmadığı, habelə buna dair hər hansı əmr və ya sərəncam olmadığı halda, Proqrama ayrılmış vəsait hesabına satın alınan dərmanlar qaraciyər və ürək köçürülən, qırmızı qurdeşənəyi, habelə böyrəklərin bəzi xroniki xəstəlikləri, o cümlədən xroniki qlomerulonefrit, xroniki nefrit, nefrotik sindrom diaqnozu olan xəstələrə də verilib ki, bu da XBÇ ilə bağlı ayrılmış vəsaitlərin nəticəliliyinə təsir edən amil olaraq qiymətləndirilib.

Proqramın məqsədlərinə nail olunması ilə bağlı fəaliyyətin düzgün təşkil edilməməsi, daxili nəzarət üzrə müvafiq tədbirlərin, o cümlədən zəruri monitorinqlərin həyata keçirilməməsi bəzi rayonlarda hemodializ şöbəsinin yaradılmaması, bir sıra hallarda isə yaradılaraq avadanlıqlarla tam təmin edilməməsi ilə nəticələnib.

Belə ki, bəzi hallarda avadanlıqlar Şəmkir, Goranboy və Abşeron rayon mərkəzi xəstəxanalarına (bundan sonra – RMX) 2019-2020-ci illərdə ümumilikdə 1120,8 min manat dəyərində 37 ədəd hemodializ qurğusu və 295,2 min manat dəyərində 2 ədəd osmos tipli sutəmizləmə qurğusu verilməsinə baxmayaraq, həmin tibb müəssisələrində hal-hazıradək hemodializ şöbəsi fəaliyyətə başlamayıb, əhaliyə digər rayonlarda xidmət göstərilib.

Audit sübutları registrə daxil edilən məlumatların məhdudluğu və növbəliliyinin düzgün tənzimlənməməsi səbəbindən hemodializ şöbələrinin iş saatlarının hemodializ prosedurlarının icrası müddətləri ilə üst-üstə düşmədiyini, bunun isə xəstələrin hemodializ üzrə klinik protokolda nəzərdə tutulandan daha az hemodializ qəbul etmələri ilə nəticələndiyini göstərib, hemodializ şöbələrinin bir çoxunda 1 hemodializ aparatına düşən sahə normadan 1,2-2,4 dəfə az olub. 

Zəruri məlumatların əhatəlilliyinin aşağı olması, xəstələrin dövlət hesabına böyrəkköçürmə növbəsinə yazılmalarına dair qaydaların qəbul edilməməsi, prosesin elektronlaşdırılmaması və nəzarət mexanizmlərinin qurulmaması, xəstələrin növbədə yerinə dair qiymətləndirmə prosedurlarının tətbiq edilməməsi böyrəkköçürmə ilə bağlı fəaliyyətdə bir sıra nöqsanlara yol açıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO