İranda qəzəbli tələbələr prezidentin sözçüsünü zaldan qovdular - VİDEO 

İranda qəzəbli tələbələr prezidentin sözçüsünü zaldan qovdular - VİDEO 

Hazırda oxunan: İranda qəzəbli tələbələr prezidentin sözçüsünü zaldan qovdular - VİDEO 

101198

Ötən gün güc göstərmək və tələbələri susmağa məcbur etmək üçün “Xacə Nəsir” Universitetinə gedən İran prezidentinin sözçüsü Əli Bəhadori Cəhromi burada tələbələr tərəfindən etirazla qarşılanıb, fitə tutulub və nəhayət universitetdən qovulub.  

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər “Azad İran” “Telegram” kanalında yayımlanıb. 

Belə ki, narazı öyrəncilər mühazirə zalının içərisinə və xaricinə toplaşaraq prezidentin sözçüsünün universitetə gəlməsinə etiraz olaraq müxtəlif şüarlar səsləndiriblər.  

Tələbələr “Biz korrupsioner sistem istəmirik, biz qatil qonaq istəmirik”, "Hökumət sözçüsü, get rədd ol", "Bütün bu illər boyu cinayət, ölüm olsun bu vilayətə (dini rəhbər)" "Diktatora ölüm olsun" – deyə qışqırıblar. 
Sonda Rəisi hökumətinin sözçüsü Cəhromi universiteti tərk etməyə məcbur olub. 

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO