Baydenlə Sunak arasında ilk telefon danışığı olub

Baydenlə Sunak arasında ilk telefon danışığı olub

Hazırda oxunan: Baydenlə Sunak arasında ilk telefon danışığı olub

101187

ABŞ prezidenti Co Bayden ilə Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak arasında ilk telefon danışığı baş tutub. 

Bizim.Media "eadaily"yə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin aparatı məlumat yayıb. 

Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlıq, Ukraynaya yardım məsələsi və Çinin dünyadakı təsiri barədə müzakirə aparıblar. 

“Liderlər İndoneziyada keçiriləcək G20 sammitində təkbətək görüşü səbirsizliklə gözləyirlər”. 

Əlavə edək ki, “Böyük İyirmilik” ölkələrinin (G20) sammiti noyabrın 15-dən 16-dək Balidə (İndoneziya) keçiriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO