Alim Qasımov “Azdrama”da qalmaqallı yataq səhnəsinə ETİRAZ EDİB - VİDEO

Alim Qasımov “Azdrama”da qalmaqallı yataq səhnəsinə ETİRAZ EDİB - VİDEO

Hazırda oxunan: Alim Qasımov “Azdrama”da qalmaqallı yataq səhnəsinə ETİRAZ EDİB - VİDEO

101062

Bir neçə il bundan əvvəl Xalq artisti Alim Qasımov Azərbaycan Dövlət Milli Dram Teatrında səhnələşdirilən "Qatil" tamaşasına etirazını bildirmişdi.

Bizim.Media xəbər verir ki, bu məsələ "Səhərin səsi" verilişində yenidən müzakirə mövzusu olub.

Məlum olub ki, sənətkar sözügedən tamaşada yer alan yataq səhnələrinə etiraz edərək, teatrı tərk edib.

Qalmaqallı məsələyə sözügedən tamaşada baş rollardan birini canlandıran Əməkdar artist Münəvvər Əliyeva aydınlıq gətirib.

Aktrisa bildirib ki, bu hadisə həddindən artıq şişildilmiş formada yayılıb:

"Alim Qasımov ailəlikcə yaxın dostumuzdur. O, rejissor Mehriban Ələkbərzadənin dəvəti ilə tamaşaya gəldi. Birinci hissəyə baxmadı. "Qatil" tamaşasında mən baş rolda oynayıram. Yataq səhnələrinə etirazla bağlı Alimlə söhbətimiz oldu.

O, sadəcə tamaşanı tərk etdiyini dedi. Əlbəttə, Alimin tamaşada yataq səhnələrini qəbul etməməsi normaldır. Əgər oturub tamaşanın birinci hissəsində yer alan yataq səhnələrinə baxsaydı, bəraət qazandırardı. Bir az küskünlük yarandı, sonra onunla görüşdük, üzr istədi".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO