İran-Ermənistan münasibətlərində 5 maraqlı və MÜƏMMALI MƏQAM 

İran-Ermənistan münasibətlərində 5 maraqlı və MÜƏMMALI MƏQAM 

Hazırda oxunan: İran-Ermənistan münasibətlərində 5 maraqlı və MÜƏMMALI MƏQAM 

101050

Fransızlar ermənilərin “böyük bacısı”dırsa farslar da ermənilərin “böyük qardaşı”dır. Bu sadəcə gəlişigözəl söz deyil, günümüzün acı reallığıdır.

Son 30 ildə Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən rəsmi Tehran bu gün açıq şəkildə ermənilərə arxa durur. Həyatın bütün sahələrində Ermənistanla əməkdaşlığı genişləndirən İranın yaxın illər üçün hədəfi ticarət dövriyyəsini ən azı 3 dəfə artırmaqdır.
Millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov Bizim.Media-ya açıqlamasında İranı Ermənistanla həmcins edən beş maraqlı məqama toxunub:

“Birincisi, İran hazırda Qərbi Zəngəzurda konsulluq açan yeganə ölkədir. Eləcə də İran Ermənistanın Azərbaycanla 2 kilometrlik sərhədində rəsmi nümayəndliyi olan tək dövlətdir.

İkincisi, İran Ermənistan ilə ticarət dövriyyəsini 3 dəfə artırmağı hədəfləyən yeganə ölkədir. Tehran ermənilərlə ticarət dövriyyəsini il ərzində 1 milyard dollara, daha sonra 3 milyard dollara çatdırmağa çalışır.

Üçüncüsü, İran Ermənistanla iqtisadi əlaqələrini bu il 40 faizdən çox artıran tək dövlətdir. Bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 43.0 % artıb.

Dördüncüsü, İran Ermənistanın xarici ticarət dövriyəsində artıq ilk üçlüyə daxil olub.

Beşincisi, Tehranın istədiyi kimi ticarət dövriyyəsi 3 milyard dollar olarsa, o zaman İran Ermənistanın ən böyük ticarət tərəfdaşı olacaq.

Bütün bunlarsa o deməkdir ki, Ermənistan İran üçün vazkeçilməzdir. Və ermənilər üçün fars rejimi istənilən addımı atmağa hazırdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO