Zərdabda polis əməliyyat keçirdi - 3 qadın, 1 kişi saxlanıldı

Zərdabda polis əməliyyat keçirdi - 3 qadın, 1 kişi saxlanıldı

Hazırda oxunan: Zərdabda polis əməliyyat keçirdi - 3 qadın, 1 kişi saxlanıldı

100968

Zərdab polisi rayon ərazisindəki mağazalardan oğurluq etməkdə şübhəli bilinən Yevlax sakinlərini - 3 qadın və 1 kişini saxlayıb.

Bizim.Media xəbər verir ki, Zərdab Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində rayon ərazisində iaşə obyektlərindən, eləcə də mağazalardan oğurluqda şübhəli bilinən 4 nəfər, Yevlax sakinləri - Kərimova Aidə Alxan qızı, Mustafayeva Züleyxa Elman qızı, Mustafayeva Samirə Paşa qızı və əvvəllər də dəfələrlə məhkumluq həyatı yaşamış Mustafayev Bəhruz Arif oğlu saxlanılıblar.

Onlar ilkin dindirmə zamanı törətdikləri cinayət əməlini etiraf ediblər. Həmin şəxslərin mağazalardan oğurladıqları geyim əşyaları və digər əşyalar polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq aparılır.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO