Türkiyəli model evtanaziya yolu ilə həyatına son qoydu - FOTO 

Türkiyəli model evtanaziya yolu ilə həyatına son qoydu - FOTO 

Hazırda oxunan: Türkiyəli model evtanaziya yolu ilə həyatına son qoydu - FOTO 

100962

90-cı illərin məşhur modellərindən olan Sinem Üretimmen vəfat edib. 

Bizim.Media “posta”ya istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən 51 yaşlı model evtanaziya yolu ilə (sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz istəyi ilə həyatdan məhrum edilməsi) dünyasını dəyişib. 

O, xəstəlik bədəninə yayılaraq metastaz verdiyindən ağrılara dözə bilmədiyi üçün bu addımı atıb. 

Qeyd edək ki, keçmiş model 1971-ci ildə anadan olub. Sinem Üretimmen 1994-cü ildə çəkdiyi “Bir Payız Hekayəsi” filmi ilə tamaşaçıların qarşısına çıxıb. Həmçinin 1995-ci ildə “Zipçıktı", 1996-cı ildə “Sweet Crackers” və 1998-ci ildə “Hörümçək” seriallarında rol alıb. 
Sinem Üretimmen iki qız anası olub.  

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO