Ukraynanın “Avroviziya-2023” seçimi bomba sığınacağından YAYIMLANACAQ

Ukraynanın “Avroviziya-2023” seçimi bomba sığınacağından YAYIMLANACAQ

Hazırda oxunan: Ukraynanın “Avroviziya-2023” seçimi bomba sığınacağından YAYIMLANACAQ

100880

Xəbər verdiyimiz kimi, ötən il Turində keçirilən müsabiqədə qalib gələn Ukrayna qarşıdan gələn 67-ci “Avroviziya” beynəlxalq mahnı müsabiqəsini Liverpulda keçirəcək. 

Bizim.Media “Eurovision.TV” kanalına istinadən xəbər verir ki, “Avroviziya-2023” müsabiqəsi üçün Ukrayna milli seçiminin finalı bu il dekabrın 17-də baş tutacaq və “Kiyev bomba sığınacağı”ndan yayımlanacaq. 

Xatırladaq ki, iyun ayında Avropa Yayım Birliyi (EBU) ölkədəki vəziyyətə görə “Avroviziya 2023”-ün Ukraynada keçirilməyəcəyini elan edib, sonra isə müsabiqənin Ukraynada deyil, Böyük Britaniyada keçiriləcəyini təsdiqləyib. 
Qeyd edək ki, sözügedən yarışmanın  tarixləri artıq bəllidir. Belə ki, birinci və ikinci yarımfinallar mayın 9 və 11-də, final isə 2023-cü il mayın 13-də keçiriləcək. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO