Partiya sədrinə qarşı 150 minlik dələduzluq İTTİHAMI – “Boşuna kürək çəkməsinlər”

Partiya sədrinə qarşı 150 minlik dələduzluq İTTİHAMI – “Boşuna kürək çəkməsinlər”

Hazırda oxunan: Partiya sədrinə qarşı 150 minlik dələduzluq İTTİHAMI – “Boşuna kürək çəkməsinlər”

100826

Oktyabrın 21-də Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinə dəvət edildiyi ilə bağlı xəbər yayılıb.

Belə ki, partiya sədrinin politoloq, sabiq prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımova qarşı dələduzluq etdiyi bildirilir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı AY Partiya yaydığı bəyanatda qeyd olunub:

“Təşkil olunmuş şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər. AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq”.

Anar Əsədlinin siyasi məsələlər üzrə müavini Mirzə Rəşad Bakuvi isə AY Partiyaya qarşı yeni savaşın başladığını qeyd edib:

“Bu savaşı bizə açanların illərdir idarəetmə sistemində kök atmış rus və fars ideoloji xəttinə xidmət edən “5-ci kolon” olmasına şübhə etmirik. AY Partiya zərrə qədər özünün doğru bildiyi mübarizəsindən, hədəflərindən, duruşundan taviz verməyəcək. Bizi hələ yaxşı tanımağı bacarmayan simasızlara mesajımız budur ki, boşuna kürək çəkməsinlər, bəri başdan məğlubdurlar”.

Jurnalist Arifə Əliyeva isə Anar Əsədlinin heç də AY Partiyanın açıqlamalarının doğru olmadığını yazıb:

“Anar Əsədli Oqtay Qasımova külli miqdarda pul “atıb”. Oqtay Qasımovdan iş qurmaq adı ilə alınan məbləğ 150 min manatdır. Bundan başqa, vaxtilə fəal cəbhəçi, Zəngilan rayonunun sabiq icra başçısı İlham Cabbar oğlu Hüseynovdan 2020-ci ilin seçki kampaniyası dövründə 10 min dollar alınıb”.

Jurnalistin sözlərinə görə, qeyd olunan hallardan əlavə, Anar Əsədli barəsində digər bu cür xoşagəlməz faktlar da var. 

Məsələ ilə bağlı rəsmi məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə etdiyimiz müraciət isə cavabsız qalıb.

Qeyd edək ki, Anar Əsədli 1997-2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi, 2003-2004-cü illərdə isə Böyük Quruluş Partiyasında təmsil olunub. 2020-ci ilin 6 dekabrında isə Azərbaycan Yüksəliş Partiyasının təsis qurultayı baş tutub və Anar Əsədli sədr seçilib.  

Oqtay Qasımov isə Azadlıq hərəkatının fəallarından hesab olunur. O, 1992-2000-ci illərdə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi işləyib.

Mövzunu davam etdirəcəyik.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO