İlham Əliyev, Putin və Paşinyan bu ayın sonunda görüşə bilər

İlham Əliyev, Putin və Paşinyan bu ayın sonunda görüşə bilər

Hazırda oxunan: İlham Əliyev, Putin və Paşinyan bu ayın sonunda görüşə bilər

100793

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan  Rusiyada görüşə, Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiyanın “Vedomosti” nəşrinə diplomatik mənbədən bildiriblər.

Qeyd edilir ki, belə görüş oktyabrın 14-də MDB-nin Astanada keçirilən sammitində Putinin Azərbaycanla Ermənistan arasında ərazi mübahisələrini müzakirə edən barışdırıcı çıxışından sonra planlaşdırılıb. 

“Vedomosti”yə başqa bir mənbə deyib ki, bu cür danışıqlar oktyabrın son günlərində baş tuta bilər. Görüş üşün əsas yerlər Moskva və Soçidir. 

“Çox güman ki, seçim Soçinin üzərinə düşəcək”, o bildirib.

Bundan əvvəl oktyabrın 6-7-də Praqada Avropa Siyasi Birliyinin sammitində İlham Əliyevlə Paşinyan arasında iki görüş - biri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, digəri isə Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutub.
Avropa Şurasının prezidenti Şarl Mişelin də qatıldığı görüş bəyanatın qəbulu ilə yekunlaşıb. Bu sənəddə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünün tanınması haqqında 1991-ci il bəyannaməsini təsdiq edib.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO