Ağstafada sürücü idarəetməni itirdi -  2 nəfər xəsarət aldı

Ağstafada sürücü idarəetməni itirdi -  2 nəfər xəsarət aldı

Hazırda oxunan: Ağstafada sürücü idarəetməni itirdi -  2 nəfər xəsarət aldı

100789

Ağstafa rayonunda xəsarətlə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə,  Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində hərəkətdə olan "VAZ-2107"markalı  avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil  yol kənarındakı betona  çırpılıb.

Qəza nəticəsində  Şəmkir rayon sakiniləri - 1995-ci il təvəllüdlü Elxan Əmiraslanov və 1993-cü il təvəllüdlü Nuru Sadıqov  xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma başlanılıb.
 

Məqsəd Rəhimov, Bizim Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO