Ani Lorak fevralın 24-dən bəri ilk dəfə rus dilində klip çəkdirdi - VİDEO

Ani Lorak fevralın 24-dən bəri ilk dəfə rus dilində klip çəkdirdi - VİDEO

Hazırda oxunan: Ani Lorak fevralın 24-dən bəri ilk dəfə rus dilində klip çəkdirdi - VİDEO

100782

Ukraynalı müğənni Ani Lorak fevralın 24-dən bəri ilk dəfə rus dilində klip çəkdirib və Youtube kanalında yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

“Həyatımın ən çətin dövrlərində yaradıcılıq məni həmişə xilas edib. Bu gün sizə "Labirint" mahnısını təqdim edirəm. İnanıram ki, əsl sevgi bütün həyat sınaqlarından keçəcək”, - deyə sənətçi qeyd edib.

Lorakın rolikinin buraxılmasını Filip Kirkorov da şərh edib. O, müğənnini “diva" adlandırıb, həmçinin klipin premyerası münasibətilə onu təbrik edib.
Bundan əvvəl Lorakın Avropa turnesinin ukraynalı fəallara görə ləğv edildiyi bildirilirdi. Tədbirin elanında Lorak özünü "Ukraynanın ən titullu müğənnisi" adlandırıb, ancaq Rusiyaya köçdüyünə görə fəallar tərəfindən satqın adlandırılıb.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Povaliy, Sedokova, Lorak və Todorenkoya qarşı beş il müddətinə sanksiya tətbiq edib. 

Bunlara aktivlərin bloklanması, lisenziyaların və icazələrin ləğvi, ticarətə qadağa və Ukraynadan kapitalın çıxarılması, özəlləşdirmə və lizinqdə iştiraka qadağa, torpaqların alınması daxildir. Sənətçilər Ukraynanın dövlət mükafatlarından da məhrum ediləcəklər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO