İngilis yazıçısı Salman Rüşdinin bir gözü kor oldu

İngilis yazıçısı Salman Rüşdinin bir gözü kor oldu

Hazırda oxunan: İngilis yazıçısı Salman Rüşdinin bir gözü kor oldu

100751

Nyu-Yorkda hücuma məruz qalan britaniyalı yazıçı Salman Rüşdinin bir gözü kor olub, bir əlini işlədə bilmir.

Bizim.Media xəbər verir ki, bu barədə onun ədəbi agenti Endryu Uayli “Pais” qəzetinə müsahibəsində danışıb.

Avqustun 12-də Rüşdi Nyu-Yorkda institutun səhnəsində hücuma məruz qalıb. Yazıçı çoxlu bıçaq xəsarətləri alıb. Hücum edən şəxs Nyu Cersidən olan 24 yaşlı Hadi Matar olub.

“Yaraları dərin idi, ona görə bir gözü kor oldu. Boynunda üç ciddi yara var” deyə o, əlavə edib. Rüşdinin “Şeytan ayələri” (1988) romanı İslama zidd hesab edildiyi üçün müsəlman dünyasında hiddət doğurmuşdu.
İranlı Ayətullah Ruhullah Xomeyni fətvasında Rüşdini açıq şəkildə lənətləyərək edam cəzasına məhkum edib. Yazıçı uzun müddət gizlənib, kitabı bir sıra ölkələrdə qadağan edilib. İranda Xomeyninin fətvasının həyata keçirilməsinə görə bir neçə milyon dollar mükafat elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO