“Nikol Paşinyan 4 ildə xalqımızı qorxaq xalqa çevirməyi bacardı”.
Bizim.Media xəbər verir ki, bu fikirləri “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.
“2018-ci ildə onlar ən çox “suverenlik” və “qürur” sözlərindən istifadə ediblər. Dedilər ki, biz nəhayət Ermənistanı suveren dövlətə çevirəcəyik, vətəndaşlarımız bununla fəxr edəcək.
Suverenliyi təmin etməklə anti-Rusiya siyasətini (Bolton dedi ki, tarixi stereotiplərdən qurtulmaq lazımdır), qürur dedikdə isə Nikola tabe olmağı nəzərdə tutublar.
İndiki hakimiyyət bu gün Türkiyə, Azərbaycan, ABŞ, Fransa, Rusiya, İran, Hindistan, BMT, Aİ müşahidəçiləri, ATƏT, KTMT, Pelosi və Makronun həyat yoldaşından Ermənistana suverenlik, sülh, ərazi bütövlüyü diləyir.
Onlar sevinirlər ki, İranın Qafandakı konsulu qafanlıları sakitləşdirəcək və Süniki (Zəngəzur) qoruyacaq. İran konsulunu və xarici işlər nazirini fəxrlə dinləyirlər, amma vicdanları olsaydı, utanaraq yerə girərdilər.
İranın Süniki himayə etməsi, Azərbaycanın hücumundan saxlaması təbii ki, yaxşı haldır, amma pisdir ki, biz bu vəziyyətə gəlib çıxmışıq. Bütün bunlar “qürurlu” vətəndaşların fəryadı və inqilabçıların “suveren” yalanları hesabına baş tutur.
Əgər belə davam edərsə, o zaman bir gün Gürcüstan İcevanda konsulluq açıb elan edə bilər ki, sərhədlərin yenidən çəkilməsinə icazə verməyəcək və Tavuş sakinləri özlərini sakit hiss edəcəklər, çünki Gürcüstan buradadır. Belə “qürur” və “suverenlik” olar?”, deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
16:47 / 23.10.2022
“Paşinyan 4 ildə xalqımızı qorxaq xalqa çevirdi” - Erməni deputat
Hazırda oxunan: “Paşinyan 4 ildə xalqımızı qorxaq xalqa çevirdi” - Erməni deputat
Hazırda oxunan: “Paşinyan 4 ildə xalqımızı qorxaq xalqa çevirdi” - Erməni deputat
100745
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.