Ərdoğandan hicabla bağlı TƏKLİF – “Referendum keçirək, xalq qərar versin”

Ərdoğandan hicabla bağlı TƏKLİF – “Referendum keçirək, xalq qərar versin”

Hazırda oxunan: Ərdoğandan hicabla bağlı TƏKLİF – “Referendum keçirək, xalq qərar versin”

100671

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə qadınların hicab taxmaq hüququnun ölkə konstitusiyasında təsbit edilməsi məsələsinin ümumxalq səsverməsinə (referendum) çıxarılmasını təklif edib.

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyə lideri Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.

O bildirib ki, hicab seçimi insanın şəxsi hüququdur, bu məsələ parlamentdə həll olunmursa, xalq qərar verməlidir:

“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - Ərdoğan deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO