Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb - FOTO 

Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb - FOTO 

Hazırda oxunan: Boks üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb - FOTO 

100663

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın məlumatında bildirilib.

Məlumata görə, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 21 döyüş baş tutub.

7 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.
Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Tayfur Əliyev, Malik Həsənov və Məhəmməd Abdullayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Qeyd edək ki, çempionatda sabah yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO