Ukraynada 12 siyasi partiyanın fəaliyyəti dayandırıldı - SƏBƏB 

Ukraynada 12 siyasi partiyanın fəaliyyəti dayandırıldı - SƏBƏB 

Hazırda oxunan: Ukraynada 12 siyasi partiyanın fəaliyyəti dayandırıldı - SƏBƏB 

100643

Ukraynada Rusiyayönümlü 12 siyasi partiyanın fəaliyyəti tamamilə dayandırılıb.

Bizim.Media "UNIAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

Bildirilib ki, onların arasında Kommunist, “Müxalifət bloku”, “Sosialistlər”, “Ədalət və İnkişaf”, “Bizimkilər”, “Vladimir Saldo bloku”, “Sol qüvvələr ittifaqı”, “Sol müxalifəti” partiyaları da var. 
UTX qeyd edib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində bu siyasi qüvvələrin nümayəndələrinin Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş ərazilərində işğal rejiminin yaradılmasında, saxta “referendum”ların təşkili və keçirilməsində birbaşa iştirakları sübut olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO