Laçın rayonunda minaya düşən şəxslərdən biri ölüb.
Bizim.Media xəbər verir ki, hadisə nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Elsevər Həmidov xəstəxanada keçinib.
Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya faktı təsdiqləyiblər.
Xatırladaq ki, dünən Laçın rayonunun Suarası kəndində təmir tikinti işləri ilə məşğul olan 2 nəfərin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.
Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:10 / 22.10.2022
Laçında minaya düşənlərdən biri ölüb
Hazırda oxunan: Laçında minaya düşənlərdən biri ölüb
Hazırda oxunan: Laçında minaya düşənlərdən biri ölüb
100587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.