“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

“Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

Hazırda oxunan: “Qarabağ”ın məğlubiyyətsiz oyunlar seriyası 30-a çatdı

100430

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar seriyası 30-a yüksəlib. 

Bizim.Media xəbər verir ki, seriya yubiley həddinə Misli Premyer Liqasının XI turunda çatıb. 

Qurban Qurbanovun yetirmələri “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Cari mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub. 

Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib.

Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO