“Bu qədər xırda partiya kimə lazımdır, axı?!” - Partiya sədrindən iddialı çıxış 

“Bu qədər xırda partiya kimə lazımdır, axı?!” - Partiya sədrindən iddialı çıxış 

Hazırda oxunan: “Bu qədər xırda partiya kimə lazımdır, axı?!” - Partiya sədrindən iddialı çıxış 

100341

Oktyabrın 24-də “Siyasi Partiyalar haqqında” yeni qanun layihəsi Milli Məclis tərəfindən ictimai müzakirəyə çıxarılacaq. Yeni qanun layihəsində bir sıra yeniliklər və maraqlı məqamlar var. Onlardan biri də partiya üzvlərinin 10 min nəfərdən az olmamasının şərt kimi qoyulmasıdır.

Məsələ ilə bağlı Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağının fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, AVP Qarabağ Azadlıq Təşkilatının bazasında yaradılıb:

“Bu təşkilatın da 10 mindən artıq üzvü vardı. Hazırda partiyamızda təşkilatlanma gedir. 10 min üzvlük məsələsi yəqin ki, bizim üçün problem olmayacaq. Biz hazırda bunun rəsmiləşdirilməsi üzərində işləyirik”.

Akif Nağı hansısa kiçik partiya və partiyalarla birləşmək fikrindən uzaq olduqlarını da söylədi:

“Biz Azərbaycanda siyasi baxışlarımıza uyğun partiya görmürük ki, onunla birləşək. Əksər xırda partiyaların təkcə siyasi baxışları deyil, həm də cəmiyyətdəki mövqeyi  bizi qane etmir. Ona görə də biz normal, cəmiyyətin rəğbət göstərə biləcəyi bir partiya yaratmağı qarşımıza hədəf qoymuşuq. Və ən yaxın parlament seçkilərdə iştirak etməyi düşünürük. Mən hesab edirəm ki, Azərbaycanın siyasi səhnəsində bir neçə, maksimum 3 patiya olmalıdır. Və ölkədə siyasi prosesləri də həmin partiyalar müəyyən etməlidir. Bu qədər xırda partiya kimə lazımdır, axı?!”

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO