Sabah hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq

Hazırda oxunan: Sabah hava yağışlı keçəcək, dağlıq ərazilərdə qar yağacaq

100285

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var.

Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək.

Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 19°-dək isti, Bakıda gecə 15-17° isti, gündüz 19°-dək isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-5° isti, gündüz 6-10° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO