Bakıda gənc oğlan sevgilisini oteldə döydü – TƏFƏRRÜAT

Bakıda gənc oğlan sevgilisini oteldə döydü – TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda gənc oğlan sevgilisini oteldə döydü – TƏFƏRRÜAT

100257

Bakının Nizami rayonunda 1991-ci il təvəllüdlü Xəlil Səlimov sevgilisi İlhaməyə (adlar şərtidir- red.) xəsarət yetirib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə bu il  avqustun 27-də baş verib. Xəlil həmin gün saat 00.50-də  sərxoş vəziyyətdə “Nord otel”in 332 nömrəli otağında qeyri-rəsmi münasibətdə olduğu İlhamə ilə mübahisə edib.

Xəlilin sevgilisi ilə mübahisə etməsinə səbəb onun başqa bir kişi ilə münasibətdə olmasını güman etməsi olub. O, qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı İlhaməni döyərək, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Xəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmədə ifadə verən Xəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, həmçinin ifadəsində İlhamə ilə barışdığını söyləyib.
İlhamə də ifadəsində Xəlil ilə barışdığını təsdiqləyib və ondan şikayətçi olmadığını deyib.

Hakim tərəflərin barışmasını nəzərə alıb və cinayət işinə xitam verilməsi barədə qərar qəbul edib. Qərara görə, Xəlilin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO