Mədəniyyət Nazirliyi “Rebuild Karabakh – 2022” sərgisində təmsil olunur - FOTO

Mədəniyyət Nazirliyi “Rebuild Karabakh – 2022” sərgisində təmsil olunur - FOTO

Hazırda oxunan: Mədəniyyət Nazirliyi “Rebuild Karabakh – 2022” sərgisində təmsil olunur - FOTO

100199

Xəbər veridiyimiz kimi oktyabrın 19-da Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi işə başlayıb.  

Bizim.Media xəbər verir ki, öç gün (19-21 oktyabr) davam edəcək “İnşaat həftəsi”nin "Rebuild Karabakh – 2022” sərgisində Mədəniyyət Nazirliyi xüsusi stendlə təmsil olunur.  

Stenddə Qarabağla, eyni zamanda Zəfər tariximizlə, işğaldan azad olunmuş ərazilərin tarixi, memarlığı, mədəniyyəti ilə bağlı xüsusi nəşrlər, Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuş "Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” kataloqu, eləcə də əl işləri və suvenirlər, işğaldan azad edilmiş torpaqlarımızı virtual eynək sərgilənir. 

Nazirliyin stendində, həmçinin Ağdam İşğal və Zəfər muzeyləri kompleksinin, eləcə də Füzuli Memorial Kompleksi və Zəfər Muzeyinin maketləri nümayiş etdirilir. Monitorda isə işğaldan azad edilmiş rayonlarımızda görülən və görüləcək işlər barədə tanıtım filmləri iştirakçılara nümayiş olunur. 
Mədəniyyət Nazirliyinin stendinə yaxınlaşan qonaqlar eyni zamanda muğam üçlüyünün – Elbrus Məmmədyarov (tar), Bayram Əliyev (kamança), Aydan Həmzəyeva (xanəndə) ifasında təqdim olunan muğam və xalq mahnılarımızı dinləyirlər. 

Bizim.Media











© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO