Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

Hazırda oxunan: Ağalıda “Zəfər yürüşü” triatlon turniri keçiriləcək

100190

Oktyabrın 22-də Zəngilan rayonunun Ağalı kəndində “Zəfər yürüşü” triatlon turniri keçiriləcək. 

Bizim.Media xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Triatlon Federasiyasının birgə təşkil etdiyi turnir çərçivəsində triatlon (300 m üzmə, 10 km velosiped sürmə və 2 km qaçış), duatlon (10 km velosiped sürmə, 2 km qaçış) və uşaq qaçışı (1 km) yarışları keçiriləcək. 

Yarışların üzgüçülük mərhələsi Həkəri çayında salınmış süni göldə, qaçış və velosiped mərhələləri isə Ağalı kəndi ərazisində baş tutacaq. 

Triatlon və duatlon yarışlarında peşəkar idmançılar, uşaq qaçışında isə Ağalı kənd məktəbinin şagirdləri iştirak edəcəklər. Tədbir çərçivəsində məktəblilər üçün müxtəlif idman növlər üzrə master klaslar da təşkil olunacaq. 
Qeyd edək ki, “Zəfər yürüşü” torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı ilk yaşayış məntəqəsində ilk idman yarışı, ümumiyyətlə isə, azad edilmiş ərazilərimizdə (Şuşa və Suqovuşandan sonra) 4-cü turnirdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO