Putin işğal edilən 4 regionda hərbi vəziyyət elan etdi – VİDEO

Putin işğal edilən 4 regionda hərbi vəziyyət elan etdi – VİDEO

Hazırda oxunan: Putin işğal edilən 4 regionda hərbi vəziyyət elan etdi – VİDEO

100135

Rusiya prezidenti Vladimir Putin işğal edilən Xerson və Zaporojye vilayətlərində, Luqansk və Donetsk xalq respublikalarında hərbi vəziyyətin tətbiqi barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

“Donetsk Xalq Respublikasında, Luqansk Xalq Respublikasında, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiyaya daxil olmasından əvvəl hərbi vəziyyət rejimi qüvvədə idi.

İndi isə bu rejimi artıq Rusiya qanunvericiliyi çərçivəsində rəsmiləşdirməliyik. Buna görə də mən Rusiya Federasiyasının bu dörd subyektində hərbi vəziyyətin tətbiqi haqqında fərman imzaladım”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, fərman dərhal Federasiya Şurasına göndəriləcək.

Bundan əvvəl Rusiya birləşmiş qoşunlar qrupunun komandanı, ordu generalı Sergey Surovikin xüsusi hərbi əməliyyatın gedişi barədə danışıb. O, döyüş gedən ərazilərdə vəziyyəti gərgin adlandırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO