Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 18-də ATƏT-in missiyasının Azərbaycanla sərhədə gəlməsi üçün müraciət etdiklərini açıqlayıb. Daha əvvəl isə Praqa görüşündə Avropa İttifaqı missiyasının da oxşar məqsədlə Ermənistana gəlməsi ilə bağlı razılaşma əldə olunmuşdu.
Məsələnin narahatlıq doğuran tərəfi ondan ibarətdir ki, beynəlxalq missiyanın bölgəyə gəlməsi fonunda Ermənistan tərəfinin sərhədimizə silahlı texnikalar cəlb etdiyi üzə çıxıb.
Belə olan halda isə ermənilərin beynəlxalq müşahidəçilərin arxasına gizlənib təxribatlar törətmək ehtimalları yaranıb.
Bəs, Ermənistanın beynəlxalq missiya çağırışları nəyə hesablanıb?
Sualı Bizim.Media üçün cavablandıran politoloq Amid Əliyevin sözlərinə görə, Ermənistan tərəfindən bölgəyə beynəlxalq müşahidəçilərin və ya missiyanın gəlməsi barədəki cəhdləri ilk belə hal deyil:
“II Qarabağ müharibəsi zamanı da buna cəhdlər oldu, lakin Azərbaycan bunun qarşısını aldı. O zaman da, indi də bu missiyanın məhz Fransadan olmasını Ermənistan təkidlə israr edirdi. Praqa görüşü zamanı bu məsələ ortaya çıxdı və bu missiyanın yalnız Ermənistan ərazisində olacağı barədə razılıq əldə olundu. Missiyanın əsas məqsədi sərhədlə bağlı məsələlərdə tərəflər arasında etimadı yaratmaq və bu işə töhfə verməkdir.
Lakin, nəzərə almalıyıq ki, Fransa prezidentinin axırıncı məlum anti-demokratik çıxışından sonra Azərbaycan rəsmi olaraq bu məsələlərdə Fransanın iştirakının mümkünsüzlüyü haqıında bəyanat verdi. Deməli bu işdə missiya ancaq Ermənistana hansısa töhfələr verə bilər. Bu məsələdə Azərbaycanın mövqeyi olduqca açıq və birmənalıdır”.
Politoloqun fikrincə, Praqa görüşü zamanı sərhəd və sülh sazişi barədə nəzərdə tutulan görüş vaxtlarının bir qədər yaxınlaşdırılması haqqında razılığın əldə olunması və ilin axırınadək sülh sazişinin imzalanma ehtimalının səsləndirilməsi onu deməyə əsas verir ki, bu istiqamətdə nümunə ola biləcək sənədlər hazırdır və sadəcə olaraq Emənistan tərəfindən götürülmüş öhdəliklərin yerinə yetirilməsi gözlənilir:
“İki ay ərzində bölgədə xidmət aparacaq missiyanın fəaliyyəti birbaşa olaraq bölgədə Rusiyaya qarşı olan bir demarş kimi qiymətləndirilə bilər. Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruması, sözügedən ərazinin KTMT-nin üzvü olan bir dövlətə aid olması və Fransa prezidenti son çıxışında hədəf kimi Rusiya da seçməsi bu faktı təsdiqləyir.
Bütün bunların fonunda Azərbaycan ilin sonuna kimi Ermənistana mövcud şərtlər daxilində son şansı verib. Bunu artıq Aİ, ABŞ, Rusiya, Fransa və digər maraqlı dairələr də yaxşı anlayır. Əks halda Azərbaycan müvafiq məcburetmə tədburlərini icra edəcəkdir. Son günlər Ermənistan XİN və Baş naziri tərəfindən ənənəvi ikibaşlı bəyanatların səsləndirilməsi bu tədbirlərin icrasını labüd edə bilər”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:30 / 20.10.2022
Ermənistan üçün SON ŞANS – Politoloqdan sülhə məcburetmə əməliyyatı ilə bağlı PROQNOZ
Hazırda oxunan: Ermənistan üçün SON ŞANS – Politoloqdan sülhə məcburetmə əməliyyatı ilə bağlı PROQNOZ
Hazırda oxunan: Ermənistan üçün SON ŞANS – Politoloqdan sülhə məcburetmə əməliyyatı ilə bağlı PROQNOZ
100117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.